Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sabah Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
İclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edəcək.
İclasda iki ölkə arasında 2024–2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası müzakirə olunacaq. Eyni zamanda sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində birgə layihələrin icrası imkanları nəzərdən keçiriləcək.
Oktyabrın 29-da Komissiyanın həmsədrlərinin rəhbərliyi ilə nümayəndə heyətinin Füzuli və Ağdam rayonlarına səfəri planlaşdırılıb. Səfər çərçivəsində bir sıra layihələrə baxış keçiriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.