AZ

Azərbaycan ilə Belarus arasında Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək

Oktyabrın 28-də Bakıda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.

Nazirlər Kabinetindən bildiriblər ki, iclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edəcəklər.

Tədbirdə iki ölkə arasında 2024–2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası müzakirə olunacaq, eyni zamanda sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində birgə layihələrin icrası imkanları nəzərdən keçiriləcək.

Oktyabrın 29-da Komissiyanın həmsədrlərinin rəhbərliyi ilə nümayəndə heyətinin Füzuli və Ağdam rayonlarına səfəri planlaşdırılıb. Səfər çərçivəsində bir sıra layihələrə baxış keçiriləcək.

Seçilən
18
22
vergiler.az

10Mənbələr