BAKI, 26 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının IX turunun son oyun günündə “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Əliyar Ağayev idarə etdiyi görüşdə ilk qolu qonaqların oyunçusu 71-ci dəqiqədə İfeanyi Metyu vurub. 10 dəqiqə sonra isə paytaxt təmsilçisinin yeni transferi Vensan Abubakar fərqi artıb.
Bu nəticədən sonra Samir Abbasovun komandası xallarını 12-yə çatdıraraq turnir cədvəlində 7-ci pilləyə yüksəlib. Kaxaber Sxadadzenin kollektivi isə 5 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Şamaxı” oyunu ilə yekun vurulacaq. “Azersun Arena”da baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək.