Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə iki matç keçirilir.
Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkib. Oyun "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0. 70-ci dəqiqədə oyuna daxil olmaqla Misli Premyer Liqasında debüt edən paytaxt klubunun kamerunlu yeni legioneri Vensan Abubakar əvvəlcə qol ötürməsi verib, sonra isə özü qol vurub.
Turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı” ilə görüşüb. Ağdam təmsilçisii gözlənilmədən xal itirib - 0:0.
Misli Premyer Liqası
IX tur
26 oktyabr (bazar)
18:30. “Qarabağ” - “Şamaxı” - 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Azersun Arena”
16:00. “Qəbələ” - “Neftçi” - 0:2
Qol: İfeanyi Metyu, 71, Vensan Abubakar, 81
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Qəbələ şəhər stadionu
24 oktyabr (cümə)
“Karvan-Yevlax” - “Turan Tovuz” - 1:2
“Kəpəz” - “İmişli” - 0:3
25 oktyabr (şənbə)
“Araz-Naxçıvan” - “Sabah” - 2:2
“Zirə” - “Sumqayıt” - 1:0

Bombardirlər:
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Toral Bayramov ("Qarabağ") - 3 qol
Martins Juniyor ("Zirə") - 3 qol
Aleks Souza (“Turan Tovuz”) - 3 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 3 qolğ
Velko Simiç (“Sabah”) - 3 qol
Alexandro Serrano (“Turan Tovuz”) - 3 qol
Dioqo Almeydan (“İmişli”) - 3 qol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.