AZ

“Neftçi”“Qəbələ”ni məğlub etdi

Ajans.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. FIFA referisi Əliyar Ağayev idarə etdiyi görüşdə ilk qolu qonaqların oyunçusu 71-ci dəqiqədə İfeanyi Metyu vurub. 10 dəqiqə sonra isə paytaxt təmsilçisinin yeni transferi Vensan Abubakar fərqlənərək üstünlüyü artırıb. Beləliklə, ulduz futbolçu debüt matçında bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb. Bu nəticədən sonra Samir Abasovun komandası xallarını 12-yə çatdıraraq turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Kaxaber Tsxadadzenin kollektivi isə 5 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Şamaxı” oyunu ilə yekun vurulacaq. “Azersun Arena”da baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək.

Seçilən
50
1
Ajans.az

10Mənbələr