Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSalyan şəhəri, B.Talıblı küçəsində avtomobildə yanğın baş verməsibarədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədardərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayonYanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalıminik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digərhissələrinə keçməsinə imkan verilmədən qısa müddətdəsöndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsiyanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.