AZ

Salyanda avtomobil yandı – Video


Salyan şəhəri, B.Talıblı küçəsində avtomobildə yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub”, - FHN-in məlumatında deyilir.
Seçilən
47
37
yeniavaz.com

10Mənbələr