AZ

Salyanda minik avtomobilinin mühərrik hissəsi yanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan şəhəri, B.Talıblı küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.

 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Tarix: 24 Oktyabr 2025, 09:16   
Seçilən
40
37
pravda.az

10Mənbələr