AZ

I Liqa: "Şəfa" - "Səbail" duelində qalib müəyyənləşmədi

Azərbaycan I Liqasında 6-cı tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün 3 oyun baş tutacaq.

"Cəbrayıl" ilə "Şahdağ Qusar"ın oyununda birincilər inamlı qalibiyyət əldə ediblər. 

Günün digər qarşılaşmasında "Zaqatala" ilə "Mingəçevir" üz-üzə gəlib. Ramiz Məmmədovun komandası matçdan qalib ayrılıb. 

Nəhayət, turun mərkəzi qarşılaşmasında çempionluğa namizəd olan iki komanda - "Şəfa" ilə "Səbail" qarşılaşıb. Məhsuldar alınan matçda qalib müəyyənləşməyib. Görüş qollu sülhlə başa çatıb. 

Qeyd edək ki, turun dünən baş tutan görüşlərində MOİK "Baku Sportinq"lə 0:0 hesablı heç-heçəyə razılaşıb, "Difai" isə "Şimal"ı 4:1 yenib. 

Azərbaycan I Liqası
VI tur
23 oktyabr
 

“Cəbrayıl” – “Şahdağ Qusar” 3:1
Qollar:
B.Soltanov, 4. S.Hüseynli, 39. D.Acimi, 47 - S.Ağalarov, 67.

“Şəfa” – “Səbail” 2:2
Qollar:
E.Cəfərov, 11. N.Əliyev, 45+2 - E.Rüstəmov, 25. K.Quliyev,  30.

“Zaqatala” – “Mingəçevir” 2:3
Qollar: R.Şabanov, 24-pen.  K.Kazımov, 43 - K.Kalunqa, 7. C.Abdullayev, 30. M.Kadiri, 72.

Seçilən
59
fanat.az

1Mənbələr