Azərbaycan I Liqasında 6-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün 3 oyun baş tutacaq.
"Cəbrayıl" ilə "Şahdağ Qusar"ın oyununda birincilər inamlı qalibiyyət əldə ediblər.
Günün digər qarşılaşmasında "Zaqatala" ilə "Mingəçevir" üz-üzə gəlib. Ramiz Məmmədovun komandası matçdan qalib ayrılıb.
Nəhayət, turun mərkəzi qarşılaşmasında çempionluğa namizəd olan iki komanda - "Şəfa" ilə "Səbail" qarşılaşıb. Məhsuldar alınan matçda qalib müəyyənləşməyib. Görüş qollu sülhlə başa çatıb.
Qeyd edək ki, turun dünən baş tutan görüşlərində MOİK "Baku Sportinq"lə 0:0 hesablı heç-heçəyə razılaşıb, "Difai" isə "Şimal"ı 4:1 yenib.
Azərbaycan I Liqası
VI tur
23 oktyabr
“Cəbrayıl” – “Şahdağ Qusar” 3:1
Qollar: B.Soltanov, 4. S.Hüseynli, 39. D.Acimi, 47 - S.Ağalarov, 67.
“Şəfa” – “Səbail” 2:2
Qollar: E.Cəfərov, 11. N.Əliyev, 45+2 - E.Rüstəmov, 25. K.Quliyev, 30.
“Zaqatala” – “Mingəçevir” 2:3
Qollar: R.Şabanov, 24-pen. K.Kazımov, 43 - K.Kalunqa, 7. C.Abdullayev, 30. M.Kadiri, 72.