AZ

Zirzəmidə tapılan körpə xəstəxanaya yerləşdirildi - Valideynləri hələ tapılmayıb

Bir neçə gün öncə Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən binalardan birinin zirzəmisində körpə tapılıb.

News365.az-ın məlumatına görə, həmin körpə Uşaq Nevroloji Sanatoriyasına köçürülüb.

Bildirilib ki, həmin oğlan uşağının valideynləri hələ ki tapılmayıb. Hüquq-mühafizə orqanları onların tapılması və körpənin kimliyinin təsdiq olunması istiqamətində axtarışlarını davam etdirir.

Xatırladaq ki, azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuşdu.

Seçilən
104
8
news365.az

9Mənbələr