BAKI, 19 oktyabr. TELEQRAF
Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən “Ənsar Allah” üsyançı hərəkatından olan husilər paytaxt Sənada BMT-nin 20 əməkdaşını, o cümlədən 15 xarici vətəndaşı saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin sözçüsü məlumat yayıb.
"Dünən, oktyabrın 18-də "Ənsar Allah"ın üzvləri BMT-nin Sənadakı iqamətgahına icazəsiz daxil olublar. Son məlumata görə, 11 milli işçi sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Beş milli əməkdaş və 15 beynəlxalq heyət binanın daxilində həbsdədir", -BMT sözçüsü bildirib.