AZ

Ukrayna xəritələrində YENİ “BOZ ZONA”

Rusiya qoşunları Donetsk Xalq Respublikasında (DXR) yerləşən Krasny Limana daxil olub.

Publika.az xəbər verir ki, bu barədə “Z əməliyyatı: Rus Baharı hərbi müxbirləri” adlı "Telegram" kanalı məlumat yayıb.

“Rusiya ordusu Krasny Limana daxil olub! Rusiya hücum qrupları şəhərə şərqdən daxil olmağa başlayıb”, - paylaşımda qeyd olunub.

Bildirilib ki, bu məlumatı Kiyev tərəfinin aparıcı hərbi analitikləri, o cümlədən "DeepState" də təsdiqləyib. Bu səbəbdən, Torskoye ilə Krasny Liman arasındakı ərazi Ukrayna xəritələrində “boz zona” kimi göstərilib.

Seçilən
155
29
publika.az

10Mənbələr