Rusiya hərbçiləri Donetsk Xalq Respublikasının Dronovka yaşayış məntəqəsində Ukrayna Silahlı Qüvvələrini demək olar ki, tam mühasirəyə alıblar.
Redaktor.az xəbər verir ki, bu barədə polkovnik-leytenant Andrey Maroçko Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Rusiya ordusu bu istiqamətdə Ukrayna qüvvələrinə təzyiqi artırıb. Nəticədə Dronovkanın şimal-qərb və cənub-şərq hissəsində Ukrayna bölmələrinin müdafiə xətti yarılıb.
“Rusiya Silahlı Qüvvələrinin irəlidə olan manevr qrupları Dronovkanın şərq hissəsində mövqelərini möhkəmləndirməyə başlayıblar. Əməliyyat-taktiki vəziyyəti nəzərə alaraq demək olar ki, bu bölgədə yerləşən Ukrayna qüvvələrinin əhatəyə alınması və yaşayış məntəqəsinin azad olunması istiqamətində Rusiya ordusunun genişmiqyaslı əməliyyatı gedir,” - deyə Maroçko bildirib.
Aytəkin TOFİQQIZI