AZ

Azərbaycanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 430 minə yaxın şəxs qəbul edilib

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 429 580 şəxs qəbul edilib və onlara 682 504 sayda xidmət göstərilib.

Bu barədə 525.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bunlardan 241 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 150 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 89,3 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- "ASAN İmza" sertifikatlarının verilməsi;

- Vergi ödəyicilərinə arayışların verilməsi;

- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;

- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

- Fiziki şəxslərin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 25,4 minə yaxıx sayda yazılı müraciət cavablandırılıb, 19,1 milyondan çox sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Dövr ərzində 3 024 vergi ödəyicisinin iştirakı ilə 289 görüş keçirilib, 3 806 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyon 215 minə yaxın SMS göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
11
525.az

10Mənbələr