AZ

Cənub Yük Terminalının tikintisi yekunlaşmaq üzrədir – Şahin Mustafayev

BAKI, TurkicWorld

Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikintisi yekunlaşmaq üzrədir.

TurkicWorld-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

Baş nazirin müavini xatırladıb ki, 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsü və sərhəd-keçid məntəqəsi istismara verilib.

Seçilən
20
2
turkic.world

3Mənbələr