Bakı. Trend:
Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib komponenti olan və İranınAstara şəhərində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus CənubYük Terminalının tikintisi yekunlaşmaq üzrədir.
Trend-inməlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müaviniŞahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikasınümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanıdeyib.
Baş nazirin müavini xatırladıb ki, 2023-cü ilin dekabrındaAzərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobilkörpüsü və sərhəd-keçid məntəqəsi istismara verilib.