AZ

Üç mindən çox vergi ödəyicisinin iştirakı ilə 289 görüş keçirilib

 

Finss.az - 2025-ci ilin yanvar – sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 429.580 şəxs qəbul edilib, onlara 682.504 sayda xidmət göstərilib ki, bunun da 241 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 150 mindən çoxu isə elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,3 faizini təşkil edib:

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Fiziki şəxsin uçotdan çıxarılması;
  • Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Yanvar – sentyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 25,4 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 19,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 3.024 vergi ödəyicisinin iştirakı ilə 289 görüş keçirilib, 3.806 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyon 215 minə yaxın SMS göndərilib.

Yanvar – sentyabr ayları ərzində ümumilikdə 236.862 müraciət üzrə 361.361 sayda Asan İmza sertifikatı verilib.

Seçilən
13
10
fins.az

10Mənbələr