AZ

Misirdəki sammitdə iştirak edəcək liderlərin adları açıqlandı

Xəbər verdiyimiz kimi, bu gün Misirdə Yaxın Şərq Sülh Sammiti keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, sözügedən sammitdə iştirak edəcək ölkə liderlərinin adları açıqlanıb.

Həmin liderlərin arasında Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Fələstin Dövlət Başçısı Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron, Kipr Prezidenti Nikos Kristodulides var.

Almaniya, İraq, İngiltərə, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin isə sammitə Baş nazir səviyyəsində qatılacağı gözlənilir.

"Cebheinfo.az" 

Seçilən
12
6
cebheinfo.az

10Mənbələr