AZ

Daha bir yığma DÇ-2026-ya vəsiqə qazandı

Qana millisinin futbol üzrə 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanması rəsmiləşib.

Publika.az xəbər verir ki, Afrika zonası üzrə seçmə mərhələdə Qana Komor adaları yığmasını 1:0 hesabı ilə məğlub edib. Yeganə qola 47-ci dəqiqədə Məhəmməd Kudus imza atıb.

“Qara ulduzlar” 25 xalla I qrupunu lideri kimi başa vuraraq tarixdə beşinci dəfə mundialda iştirak hüququ əldə ediblər.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirak edəcək 48 komandadan 21-i artıq müəyyənləşib.

Seçilən
39
publika.az

1Mənbələr