AZ

Türkiyə millisinin qapıçısı yığmanın düşərgəsini bu səbəbdən tərk etdi

Türkiyə millisinin qapıçısı Berke Özer öz istəyi ilə komandanın düşərgəsini tərk edib.

Fanat.Az xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyası yayıb.

Fransanın "Lill" klubuna məxsus olan qolkiper DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gecə Bolqarıstana qalib gəldikləri (6:1) oyunda adı iştirak ərizəsinə salınmadığı üçün yığmadan ayrılıb.

Onun əvəzinə milliyə "Başakşehir"dən Muhammed Şengezer çağırılıb.

Qeyd edək ki, Türkiyə millisi oktyabrın 14-də Gürcüstanla qarşılaşacaq.

Seçilən
19
fanat.az

1Mənbələr