Türkiyə millisinin qapıçısı Berke Özer öz istəyi ilə komandanın düşərgəsini tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyası yayıb.
Fransanın "Lill" klubuna məxsus olan qolkiper DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gecə Bolqarıstana qalib gəldikləri (6:1) oyunda adı iştirak ərizəsinə salınmadığı üçün yığmadan ayrılıb.
Onun əvəzinə milliyə "Başakşehir"dən Muhammed Şengezer çağırılıb.
Qeyd edək ki, Türkiyə millisi oktyabrın 14-də Gürcüstanla qarşılaşacaq.