AZ

MSK yaxın günlərdə Ramil Həsənin deputat mandatının ləğv edilməsi məsələsinə baxacaq - YENİLƏNİB

Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət daxil olub.

Bu barədə APA-ya MSK-dan məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə müraciətə baxılacaq.

***

12:01

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.

APA-nın xəbərinə görə, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.

Mərkəzi Seçki Komissiyası prosedura uyğun olaraq Ramil Həsənin deputat statusuna dair qərar qəbul edəcək.

Milli Məclisin bugünkü iclasında çıxış edən Ramil Həsən bildirib ki, Prezident İlham Əliyev və spiker Sahibə Qafarovanın etimadı sayəsində TÜRKPA-ya Baş katib kimi təqdim olunub.

Ramil Həsən qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Ordumuzun qəhrəman mücadiləsi sayəsində qalib gəlmiş parlamentin millət vəkili kimi onların sıralarını tərk edəcəyindən qürur hissi keçirir.

Milli Məclisin sədri Sahibə Qafarova Ramil Həsəni təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən etibarən başlaycaq.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.

Seçilən
43
3
apa.az

10Mənbələr