AZ

Deputatın mandatına xitam verilirBU SƏBƏBDƏN

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.

O,  Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.

Mərkəzi Seçki Komissiyası prosedura uyğun olaraq Ramil Həsənin deputat statusuna dair qərar qəbul edəcək.

Milli Məclisin bugünkü iclasında çıxış edən Ramil Həsən bildirib ki, Prezident İlham Əliyev və spiker Sahibə Qafarovanın etimadı sayəsində TÜRKPA-ya Baş katib kimi təqdim olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Ramil Həsəni təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Artıq Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət daxil olub.

Bildirilib ki, yaxın günlərdə müraciətə baxılacaq. (apa)

Seçilən
14
1
xezerxeber.az

10Mənbələr