
Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.
Yeniavaz.comAPA-ya istinadla xəbər verir ki, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.
Mərkəzi Seçki Komissiyası prosedura uyğun olaraq Ramil Həsənin deputat statusuna dair qərar qəbul edəcək.
Milli Məclisin bugünkü iclasında çıxış edən Ramil Həsən bildirib ki, TÜRKPA-ya Baş katib kimi təqdim olunub.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən etibarən başlaycaq.