AZ

Cari semestrdə ən çox hansı universitetlərin tələbələri təhsil krediti əldə edib? - RƏSMİ

Bakı. Trend:

2025/2026-cı tədris ilinin payız semestri üzrə cari dövr ərzindətəhsil krediti müqaviləsi rəsmiləşmələrinə əsasən, ilk beşlikdəqərarlaşan ali təhsil müəssisələri - Azərbaycan Dövlət İqtisadUniversiteti, Azərbaycan Texniki Universiteti, Bakı AvrasiyaUniversiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AzərbaycanMemarlıq və İnşaat Universitetidir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə KreditiFondundan məlumat verilib.

Qeyd edilib ki, Təhsil Tələbə Krediti Fondundan yalnızAzərbaycan Respublikasının vətəndaşı olan, əyani və ödənişliəsaslarla ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsilalan tələbələr yararlana bilərlər:

"Təhsil tələbə kreditindən yararlanmaq üçün tələbənin normativtəhsil müddətində akademik borcu olmamalı və ümumi ortamüvəffəqiyyət göstəricisi (ÜOMG) 71 və yuxarı olmalıdır.

Fondun fəaliyyət göstərdiyi son dörd il ərzində kredit üçünmüraciət edənlərin və kreditlə təmin olunanların sayı hər tədris vətəqvim ili üzrə artım dinamikası ilə müşahidə olunur. Ali təhsilpilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisastəhsili pilləsində, eləcə də peşə təhsili pilləsinin texniki vəyüksək texniki peşə səviyyələrində əyani və ödənişli əsaslarlatəhsil alan şəxslər təhsil tələbə kreditindən faydalanabilirlər.

Fondun fəaliyyətə başladığı dövrdən etibarən indiyədək Fondaməxsus elektron portal üzərindən ümumilikdə 82 663 müraciət daxilolmuşdur ki, onlardan 66 177 müraciət üzrə təhsil tələbə kreditimüqaviləsi rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş TTK-ların 65%-nistandart, 35%-ni isə sosial kreditlər təşkil edir".

"Cari semestr üzrə statistikaya əsasən, 12 100 müraciət daxilolmuş, 8 767 təhsil krediti rəsmiləşməsi həyata keçirilmişdir. Bugöstərici Fondun qısa müddət ərzində formalaşdırdığı effektivfəaliyyət nəticəsində əldə edilmişdir. Qeyd edilən semestr üzrəmüraciətlər 24 iyul tarixindən etibarən qəbul edilir və payızsemestrinin sonunadək davam edəcəkdir.

Fondun fəaliyyəti dövründə təhsil krediti ilə ən çox təminolunmuş 5 ali təhsil müəssisəsi - Azərbaycan Dövlət İqtisadUniversiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan TexnikiUniversiteti, Bakı Dövlət Universiteti və Azərbaycan KooperasiyaUniversiteti olmuşdur.

Yalnız bakalavriat və magistratura səviyyələri üzrə 2025/2026-cıtədris ili üçün 5 631 müraciət daxil olmuş, onlardan 5 084-ü üzrətəhsil krediti müqaviləsi rəsmiləşdirilmişdir",- məlumatda qeydedilib.

Seçilən
41
3
az.trend.az

4Mənbələr