AZ

Ən çox tələbə təhsil krediti əldə edən universitetlərin SİYAHISI

Modern.az saytına istinadən ain.az xəbər verir.

2025/2026-cı tədris ilinin payız semestri üzrə cari dövr ərzində təhsil krediti müqaviləsi rəsmiləşmələrinə əsasən, ilk beşlikdə qərarlaşan ali təhsil müəssisələri - Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetidir.

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Qeyd edilib ki, Təhsil Tələbə Krediti Fondundan yalnız Azərbaycan Respublikasının vətəndaşı olan, əyani və ödənişli əsaslarla ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələr yararlana bilərlər:

"Təhsil tələbə kreditindən yararlanmaq üçün tələbənin normativ təhsil müddətində akademik borcu olmamalı və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 və yuxarı olmalıdır.

Fondun fəaliyyət göstərdiyi son dörd il ərzində kredit üçün müraciət edənlərin və kreditlə təmin olunanların sayı hər tədris və təqvim ili üzrə artım dinamikası ilə müşahidə olunur. Ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində, eləcə də peşə təhsili pilləsinin texniki və yüksək texniki peşə səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan şəxslər təhsil tələbə kreditindən faydalana bilirlər.

Fondun fəaliyyətə başladığı dövrdən etibarən indiyədək Fonda məxsus elektron portal üzərindən ümumilikdə 82 663 müraciət daxil olmuşdur ki, onlardan 66 177 müraciət üzrə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş TTK-ların 65%-ni standart, 35%-ni isə sosial kreditlər təşkil edir".

"Cari semestr üzrə statistikaya əsasən, 12 100 müraciət daxil olmuş, 8 767 təhsil krediti rəsmiləşməsi həyata keçirilmişdir. Bu göstərici Fondun qısa müddət ərzində formalaşdırdığı effektiv fəaliyyət nəticəsində əldə edilmişdir. Qeyd edilən semestr üzrə müraciətlər 24 iyul tarixindən etibarən qəbul edilir və payız semestrinin sonunadək davam edəcəkdir.

Fondun fəaliyyəti dövründə təhsil krediti ilə ən çox təmin olunmuş 5 ali təhsil müəssisəsi - Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universiteti olmuşdur.

Yalnız bakalavriat və magistratura səviyyələri üzrə 2025/2026-cı tədris ili üçün 5 631 müraciət daxil olmuş, onlardan 5 084-ü üzrə təhsil krediti müqaviləsi rəsmiləşdirilmişdir",- məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
3
modern.az

4Mənbələr