Türkiyə Rusiya ilə Qara dəniz sahilindəki Sinop şəhərində və Trakiyada səkkiz atom reaktorunun tikintisini müzakirə edir. SİA xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraqdar "Rossiya-24" telekanalına müsahibəsində açıqlayıb. Nazir xatırladıb ki, Rusiyanın "Rosatom" dövlət korporasiyası ilə birgə "Akkuyu" Atom Elektrik Stansiyası (AES) inşa edilir və Türkiyə 2026-cı ildə stansiyanın dörd reaktorundan birincisini istismara verməyi planlaşdırır. "Bundan əlavə, Sinopda və Trakiyada daha səkkiz reaktora ehtiyacımız var. Hazırda bu layihələr üzərində danışıqlar aparırıq", – deyə Bayraqdar qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta