AZ

Rusiya Türkiyədə səkkiz atom reaktoru inşa edə bilər

Türkiyə Rusiya ilə Qara dəniz sahilindəki Sinop şəhərində və ölkənin Avropa hissəsindəki Trakiyada səkkiz atom reaktorunun tikintisini müzakirə edir.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar "Rossiya-24" telekanalına müsahibəsində açıqlayıb.

Nazir xatırladıb ki, Rusiyanın "Rosatom" dövlət korporasiyası ilə birgə "Akkuyu" Atom Elektrik Stansiyası (AES) inşa edilir və Türkiyə 2026-cı ildə stansiyanın dörd reaktorundan birincisini istismara verməyi planlaşdırır.

"Bundan əlavə, Sinopda və Trakiyada daha səkkiz reaktora ehtiyacımız var. Hazırda bu layihələr üzərində danışıqlar aparırıq", – deyə Bayraktar qeyd edib və "Akkuyu" AES-in tamamlanmasının hələlik əsas prioritet olduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl energetika naziri bildirib ki, Sinop və Frakiya layihələri üzrə yekun qərarın 2025-ci ildə qəbul ediləcəyi gözlənilir. Bayraktar həmçinin vurğulayıb ki, "Rosatom" "Akkuyu" layihəsində qazandığı təcrübəni nəzərə alaraq "Sinop" AES layihəsində iştirakda maraqlıdır.

Seçilən
10
10
azreform.info

10Mənbələr