ain.az bildirir, Axar.az portalına istinadən.
Türkiyə Rusiya ilə Qara dəniz sahilindəki Sinop şəhərində və Trakiyada səkkiz atom reaktorunun tikintisini müzakirə edir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraqdar "Rossiya-24" telekanalına müsahibəsində açıqlayıb.
Nazir xatırladıb ki, Rusiyanın "Rosatom" dövlət korporasiyası ilə birgə "Akkuyu" Atom Elektrik Stansiyası (AES) inşa edilir və Türkiyə 2026-cı ildə stansiyanın dörd reaktorundan birincisini istismara verməyi planlaşdırır.
"Bundan əlavə, Sinopda və Trakiyada daha səkkiz reaktora ehtiyacımız var. Hazırda bu layihələr üzərində danışıqlar aparırıq", – deyə Bayraqdar qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.