AZ

Azərbaycan və Rusiya arasında mehriban münasibətlər hər iki tərəfin xeyrinədir Musa Qasımlı

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Böyük və kiçikliyindən asılı olmayaraq bütün qonşu dövlətlər, o cümlədən Azərbaycan və Rusiya arasında mehriban münasibətlər hər iki tərəfin xeyrinədir".

Redaktor.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Musa Qasımlı öz feysbuk hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə keçirilən təkbətək görüşünü şərh edərkən bildirib.

"Qarşıdurmadan, gərginlikdən heç vaxt heç bir dövlətə fayda gəlməyib. Azərbaycan təkcə Rusiya deyil, digər qonşuları ilə də yaxşı münasibətlərə tərəfdardır və bundan ötrü səylər edir. Milli-dövlət maraqlarımızın, ədalətli mövqeyimizin qətiyyətli, etibarlı qorunduğu və qəbul etdirildiyi çoxlu görüşlərdən biri… Sülh, əməkdaşlıq üçün çalışan, başını daim dik tutan, düz dayanan Azərbaycan həmişə dürüst davranır! Düz də əyrini kəsib və kəsir!", - deyə deputat yekunlaşdırıb.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
redaktor.az

3Mənbələr