"Böyük və kiçikliyindən asılı olmayaraq bütün qonşu dövlətlər, o cümlədən Azərbaycan və Rusiya arasında mehriban münasibətlər hər iki tərəfin xeyrinədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Qarşıdurmadan, gərginlikdən heç vaxt heç bir dövlətə fayda gəlməyib. Azərbaycan təkcə Rusiya deyil, digər qonşuları ilə də yaxşı münasibətlərə tərəfdardır və bundan ötrü səylər edir. Milli-dövlət maraqlarımızın, ədalətli mövqeyimizin qətiyyətli, etibarlı qorunduğu və qəbul etdirildiyi çoxlu görüşlərdən biri...
Sülh, əməkdaşlıq üçün çalışan, başını daim dik tutan, düz dayanan Azərbaycan həmişə dürüst davranır! Düz də əyrini kəsib və kəsir!"Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31