AZ

“İtkin düşənlərin yaxınlarından 11 mindən çox bioloji nümunə götürülüb”

“2014-cü ildən bəri itkin düşmüş şəxslərin yaxınlarından 11 mindən çox bioloji nümunələr götürülüb”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, general-mayor Rüfət Əliyev Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, həmin nümunələr məlumat bankına qoyulub:

“2020-ci il Vətən Müharibəsi və daha sonra antiterror əməliyyatlarından sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı yeni imkanlar yaradılıb. 2022-ci ildə dövlət büdcəsindən pul ayrıldı və DTX-nin Hərbi-tibb baş idarəsində Genetik araşdırmalar mərkəzi ən müasir  avadanlıqlarla təchizatlandı.

2022-ci ildən itkin düşmüş şəxslərlə bağlı götürülən bioloji nümunələr DTX-nin Genetik araşdırmalar mərkəzində araşdırılmağa başlandı. Müharibədən sonra kütləvi məzarlıqlardan çıxan insan sümüklərindən götürülən bioloji nümunələr mərkəzə təhvil verilib. Son dövrlər çox ciddi nəticələr alınıb”.

General-mayor qeyd edib ki , DTX-nin Hərbi-tibb baş idarəsi son itkin düşmüş şəxsin kimliyi müəyyən olunan qədər bu fəaliyyəti davam etdirəcək.

"Cebheinfo.az" 

Seçilən
23
4
cebheinfo.az

5Mənbələr