AZ

QHT sədri AZHAB Forumu çərçivəsində təşkil olunan sərgidə iştirak edəcək

QHT.az xəbər verir ki, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev AZHAB Forumu çərçivəsində təşkil olunan sərgi ilə bağlı məlumat verib.

Ruslan Atakişiyevin sözlərinə görə, sərgidə iştirak edəcək SER-in eksperti kimi o, “İslam maliyyə məhsulları və ortaqlı biznes” mövzusunda iştirakçıların suallarını cavablandıracaq:

“Forum çərçivəsində keçiriləcək sərgidə mənə bu mövzularda suallarınızı ünvanlaya bilərsiniz. Tədbir zamanı fərdi görüşlər və digər aktual məsələlər üzrə də məsləhət almaq imkanı yaradılacaq.”

Qeyd edək ki, AZHAB Forumu 7-8 oktyabr tarixlərində, saat 10:00-dan 18:00-dək keçiriləcək. Forum çərçivəsində sərgi, panel müzakirələr və sahə üzrə mütəxəssislərlə interaktiv görüşlər təşkil olunacaq.

 

Pərvanə Fərhadqızı

Seçilən
55
24
qht.az

10Mənbələr