AZ

Tbilisidə diversiyaya cəhd: böyük miqdarda silah və partlayıcı maddələr aşkarlandı

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti böyük miqdarda silah və partlayıcı maddələr aşkarlayıb.

Publika.az xəbər verir ki, bu vasitələrin "diversiya hərəkətlərinin həyata keçirilməsi" üçün nəzərdə tutulduğu iddia olunur.

Qurumun bəyanatına əsasən, Tbilisidə müsadirə olunmuş silah və partlayıcı maddələrdən istifadə etməklə terror aktları planlaşdırılırmış, eyni zamanda prezident sarayının ələ keçirilməsi cəhdi nəzərdə tutulurmuş.

Dövlət Təhlükəsizlik Xidmətindəki mənbə vurğulayıb ki, silahlar Ukrayna ərazisində fəaliyyət göstərən bir hərbi birliyin nümayəndəsinin göstərişi ilə əldə olunub.

Operativ tədbirlər nəticəsində silah və partlayıcı maddələrin Tbilisinin mərkəzinə daşınmasına cavabdeh olan şəxslər saxlanılıb və diversiya planının qarşısı alınıb.

Seçilən
28
4
publika.az

7Mənbələr