AZ

Gürcüstanda gizlədilmiş küllü miqdarda silah-sursat aşkarlanıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti terror üçün nəzərdə tutulduğu iddia edilən külli miqdarda silah və partlayıcı maddələr aşkar edib.

Operativ Media xəbər verir ki, məlumata görə, təxribatçılar Tbilisidə prezident iqamətgahını ələ keçirmək üçün silah və partlayıcı maddələr əldə ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətindəki mənbə silahların Ukraynada fəaliyyət göstərən silahlı qruplaşmalardan birinin nümayəndəsinin göstərişi ilə alındığını vurğulayıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində təxribat planını həyata keçirmək üçün Tbilisinin mərkəzinə silah və partlayıcı maddələrin daşınmasına cavabdeh olan şəxslər saxlanılıb.

Seçilən
21
4
operativmedia.az

7Mənbələr