ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi Ural diyarındakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin həbsinə dair qərarı qüvvədə saxlayıb.
Bakupost.az Report-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs Yekaterinburqun Verx-İsetski rayon məhkəməsinin çıxardığı həbs qərarından apellyasiya şikayəti verib.
M.Şıxlinski bu il dekabrın 14-dək istintaq təcridxanasında qalacaq. O, polis əməkdaşına qarşı zorakılıq tətbiq etməkdə (Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci bəndi) ittiham olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.