Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi Ural diyarındakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin həbsinə dair qərarı qüvvədə saxlayıb.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Yekaterinburqun Verx-İsetski rayon məhkəməsinin çıxardığı həbs qərarından apellyasiya şikayəti verib.
M.Şıxlinski bu il dekabrın 14-dək istintaq təcridxanasında qalacaq. O, polis əməkdaşına qarşı zorakılıq tətbiq etməkdə (Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci bəndi) ittiham olunur.