AZ

"Qarabağ", "Araz-Naxçıvan" və "Sabah" CƏRİMƏLƏNDİ

"Qarabağ", "Araz-Naxçıvan" və "Sabah" klubları cərimələnib.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, Misli Premyer Liqasının V turunda "Araz-Naxçıvan" - "Qarabağ" oyununun 28-ci dəqiqəsində "Araz-Naxçıvan" komandasının futbolçusu Slavik Alxasov ikinci "sarı"dan qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, "Araz-Naxçıvan" komandası isə 500 manat cərimə edilib.

Oyununun 60-cı dəqiqəsində "Qarabağ" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə isə "Qarabağ" klubu 5000 manat cərimə edilib.

Bundan əlavə, "Sabah" klubu da 2000 manat cərimələnib. Səbəb V turda keçirilən "Turan Tovuz"la görüş zamanı təcili tibbi yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəlməsi olub.

Milli.Az

Seçilən
30
13
milli.az

10Mənbələr