Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimə edilib. Matçın 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 5000 manat cərimə edilib.