AZ

İran İsrailin nüvə proqramına dair gizli sənədləri açıqladı

BAKI, 25 sentyabr. TELEQRAF

İran informasiya və kəşfiyyat naziri İsmail Xətibİsrailin nüvə proqramında kritik şəxslər və həssas obyektlərə dair ələ keçirilmiş sənəd və məlumatların bir hissəsini açıqlayıb.

Teleqraf xəbər verir ki, İran Dövlət Televiziyası sənədlər və fotoşəkillərlə bağlı "Hörümcəyin Gizli Xəzinəsi" adlı sənədli film yayımlayıb.

Filmə görə, sənədlərdə İsrailin gizli nüvə fəaliyyətləri, silah layihələri və bu layihələrdə iştirak edən tədqiqatçılar, elm adamları, eləcə də ABŞ və bəzi Avropa ölkələrinin yüksək səviyyəli rəsmilərinin adları yer alıb.

İsmail Xətib bildirib ki, sənədlər nükleer, hərbi, kəşfiyyat və elmi sahələr üzrə kritik məlumatları əhatə edir və açıqlananlar yalnız kiçik bir hissəsini təşkil edir:

"Sənədlərdə bəzi həssas obyektlərin koordinatları da yer alıb və bu obyektlər İran raket qüvvələri tərəfindən hədəflənib. İsrail daxilindən bəzi şəxslər sənədlərin əldə olunmasında və İran tərəfinə çatdırılmasında əməkdaşlıq edib".

Seçilən
20
1
teleqraf.com

3Mənbələr