AZ

İran İsrailin “gizli obyektlər”inin yerini göstərdi: Raketlərimiz onları görür

İranın informasiya və kəşfiyyat naziri İsmayıl Xətib İsrailin nüvə proqramı ilə əlaqəli kritik şəxslər və həssas obyektlərə dair ələ keçirilmiş sənəd və məlumatların bir hissəsini açıqlayıb.

Teleqraf xəbər verir ki, İran Dövlət Televiziyası sənədlər və fotoşəkillərlə bağlı "Hörümçəyin gizli xəzinəsi" adlı sənədli film yayımlayıb.

Materialda deyilir ki, sənədlərdə İsrailin gizli nüvə fəaliyyətləri, silah layihələri və bunlarda iştirak edən tədqiqatçılar, elm adamları, eləcə də ABŞ və bəzi Avropa ölkələrinin yüksək səviyyəli rəsmilərinin adları yer alıb.

İsmayıl Xətib iddia edib ki, sənədlər nüvə, hərbi, kəşfiyyat və elmi sahələr üzrə kritik məlumatları əhatə edir və açıqlananlar bunların yalnız kiçik bir hissəsidir:

"Sənədlərdə bəzi həssas obyektlərin koordinatları da yer alıb və bu obyektlər İran raket qüvvələrinin hədəfindədir. İsraildən olan bəzi şəxslər sənədlərin əldə olunması və İrana ötürülməsində əməkdaşlıq edib".
Seçilən
6
1
sherg.az

3Mənbələr