AZ

Kəlbəcər, Laçın, Ağdərə və Xocalını əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb.

"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O qeyd edib ki, məsələ ilə bağlı işlər Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb:

"Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam etdirilir. Artıq Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə xəritə-sxem üzərində bəzi məqamlar razılaşdırılıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
8
unikal.az

10Mənbələr