AZ

Azərbaycan və İran arasında Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə olunub

Bakı. Trend:

Baş nazirin müavini Şahin Mustafayev və İİR-in yol və şəhərsalmanaziri Fərzanə Sadeq Təbriz və Çulfaya gedib, Araz dəhlizindəgörülən işlərlə tanış olublar.

Trend xəbər verir ki, bubarədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini,Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındaiqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə DövlətKomissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İranasəfəri çərçivəsində Şərqi Azərbaycan Əyalətinin mərkəzi Təbriz vəCulfa şəhərlərində olmuş, əyalətin valisi Bəhram Sərmətsləgörüşmüşdür. Görüşdə əyalətin Azərbaycan-İran əlaqələrində mühümrolu vurğulanmış və Azərbaycanın regionları ilə iqtisadi-ticariəməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Baş nazirin müavini Şahin Mustafayev əyalətə səfəri çərçivəsindəİran İslam Respublikasının yol və şəhərsalma naziri, DövlətKomissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Arazdəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlaləyoluna da baş çəkərək, körpünün tikintisi və yolungenişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub.

Səfər çərçivəsində həmçinin tikilməsi nəzərdə tutulanOrdubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlarmüzakirə olunmuş və yerləşmə ərazisinə baxış keçirilib.

Məqalədə:
Seçilən
19
10
az.trend.az

10Mənbələr