AZ

Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Təbrizə və Culfaya gediblər...


Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olub, vilayətin valisi Bəhram Sərmətslə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə vilayətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanıb və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Baş nazirin müavini Şahin Mustafayev vilayətə səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək, körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub. Səfər çərçivəsində, həmçinin tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə edilib və yerləşmə ərazisinə baxış keçirilib.

Seçilən
9
27
baki-xeber.com

10Mənbələr