AZ

Argentina hərbi bazasını ABŞ-ın istifadəsinə verməyə hazırlaşır

Argentina hökuməti maliyyə yardımı müqabilində ölkənin cənubundakı bazasında Amerika hərbçilərinin yerləşməsinə icazə verməyə hazırdır. 

Olaylar.az xəbər verir ki, məlumatı yerli TN telekanalı yayıb.

Məlumata görə, Argentina hökuməti ölkənin ən cənub şəhərində yerləşən Uşuayyada tikilməkdə olan bazadan Amerika hərbçilərinin istifadə etməsini müzakirə edir. Bu səbəbdən müdafiə naziri Luis Petri Argentina nümayəndə heyətinin tərkibində prezident Xavyer Miley ilə Nyu Yorka səfər edib.

TN-in məlumatına görə, Argentina hökuməti də etiraf edir ki, Amerika tərəfi Pekinin Cənubi Amerika ölkəsində təsirini azaltmaq üçün Buenos-Ayresdən Çinlə valyuta mübadiləsindən imtina etməyi xahiş edir.

Dünən Miley Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşüb. Ötən həftə Argentina lideri bəyan edib ki, onun hökuməti ABŞ hakimiyyəti ilə borclarını ödəmək üçün maliyyə yardımı göstərmək imkanını müzakirə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr