Olaylar.az xəbər verir ki, məlumatı yerli TN telekanalı yayıb.
Məlumata görə, Argentina hökuməti ölkənin ən cənub şəhərində yerləşən Uşuayyada tikilməkdə olan bazadan Amerika hərbçilərinin istifadə etməsini müzakirə edir. Bu səbəbdən müdafiə naziri Luis Petri Argentina nümayəndə heyətinin tərkibində prezident Xavyer Miley ilə Nyu Yorka səfər edib.
TN-in məlumatına görə, Argentina hökuməti də etiraf edir ki, Amerika tərəfi Pekinin Cənubi Amerika ölkəsində təsirini azaltmaq üçün Buenos-Ayresdən Çinlə valyuta mübadiləsindən imtina etməyi xahiş edir.
Dünən Miley Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşüb. Ötən həftə Argentina lideri bəyan edib ki, onun hökuməti ABŞ hakimiyyəti ilə borclarını ödəmək üçün maliyyə yardımı göstərmək imkanını müzakirə edir.