AZ

Nəsimi rayonunda çoxmərtəbəli binada yanğın baş verib

Bakı, 24 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Seçilən
9
13
azertag.az

10Mənbələr