AZ

Bakının mərkəzindəki yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən News24.az-a bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

***

08:54

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

09:40 

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binalardan birində yanğınla əlaqədar polis təxliyyə tədbirlərində iştirak edir.  

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanğınla bağlı ən mühüm vəzifələrdən biri – insanların təxliyyəsi (evakuasiyası) polis əməkdaşlarının fəallığı ilə həyata keçirilir. 

Onlar sakinlərin həyatını təhlükədən qorumaq, vəziyyətin nəzarətdə saxlanılması üçün zəruri addımlar atırlar.

***

10:14

Bakıda yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib, 44 sakin təxliyə olunub

News24.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğındöndürmə Qərargahının əməliyyat növbətçisinin köməkçisi, polkovnik-leytenant Elxan Bədəlov bildirib. Qeyd olunub ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Binanın 12-si azyaşlı olmaqla, 44 sakini xilas edilib.

FHN təmsilçisi bildirib ki, hadisə zamanı 4 nəfərin tüstüdən zəhərlənməsi ilə bağlı təcili tibbi yardıma müraciət edilib. (APA) 


***

10:23


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Bu barədə News24.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.




Seçilən
53
49
news24.az

10Mənbələr