BMT Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə sülh sazişinin paraflanmasını müsbət hal kimi dəyərləndirib.
APA xəbər verir ki, Antonio Quterreş bu barədə Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasının açılışında bildirib.
Onun sözlərinə görə, ötən il bir sıra münaqişələrin həlli istiqamətində irəliləyişlər müşahidə olunub və bunlar beynəlxalq münasibətlərdə ümid işartıları yaradıb.
“Ötən il Kamboca ilə Tailand arasında atəşkəs, eyni zamanda, Azərbaycan və Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanan razılaşma da daxil olmaqla ümid işartıları yaradıb. Lakin nəzarətsiz davam edən həddən çox böhran var və cəzasızlıq hökm sürür”, - Quterreş vurğulayıb.